Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Ədliyyə və Maliyyə nazirlikləri məhkəməyə verilib


Sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində «Araz» ASC-nin Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı iddiasına ilkin baxış iclası keçirilib.

«APA»nın xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə məhkəmə baxışının vaxtı sentyabrın 22-nə təyin olunub.

«Araz» ASC Ədliyyə və Maliyyə Nazirliklərini şirkətə olan 821 min 50 manat borcunu qaytarması ilə bağlı 1 saylı Bakı İqtisad Məhkəməsinə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Hazırda iddiaya apelyasiya şikayəti verilib.
XS
SM
MD
LG