Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:48

Çay Partiyası


Kristin O’Donnel
Kristin O’Donnel
Noyabrda Azərbaycanda seçki olduğu kimi Amerikada da seçkidir. Azərbaycandan fərqli olaraq Amerikada partiyalar şanslı namizədini müəyyən etmək üçün ilkin seçki keçirirlər.

Mühafizəkar Çay Partiyası Hərəkatı eyni cəbhədən olduğu Respublikaçılar Partiyasının əsas namizədlərini bir çox yerlərdə udmaqdadır. Bu da seçki qabağı ən böyük hadisədir.

Dünən Çay Partiyasından olan dissident respublikaçı Kristin O’Donnelin Delaver ştatından Senata namizədliyi qazanması artıq hamının diqqətini Çay Partiyasına cəlb edib.

Bazar üzrə məsləhətçi olan O’Donnel əvvəllər respublikaçı kimi namizədliyini verirdi və uğur qazanmırdı, indi isə ilkin seçkidə Konqresin veteranı olan Maykl Kastlı məğlub edib.

ÇAY PARTİYASI NƏ İSTƏYİR?

Çay Partiyasının əsas şüarı vergiləri azaltmaqdır. Digər ideya kiçik hökumətdir, yəni məmurların sayını azaltmaq.

Partiya insana daha çox azadlıq istəyir.

Amerika Konstitusiyasına münasibət isə mühafizəkardır, yəni Konstitusiya mümkün qədər dəyişməməlidir.

Partiya öz adını Amerikada simvola çevrilmiş məşhur Çay Partiyasından götürüb.

1773-cü ildə Amerikanın Boston şəhərinin ictimai fəalları Britaniya gəmilərinin gətirdiyi çay torbalarını dənizə tökdülər. Bostonun Çay Partiyası Britaniyanın qoyduğu vergilərə bu yolla etiraz etdi.

İndiki hərəkatın adının Çay Partiyası olmasının ikinci səbəbi də var.

2009-cu il yanvarın 19-da Qrehem Makohonyuk adlı heç kimə məlum olmayan bir ticarətçi internet saytda belə bir təklif irəli sürdü: «Narazılar Konqresə bir paket çay göndərsin».

Etirazın bu forması həm ucuzluğuna, həm də 200 il əvvəlki Boston çay üsyanını xatırlatdığına görə çoxlarının xoşuna gəldi.

Çay Partiyası Hərəkatı fəallığa o vaxtdan başlayıb. Onlar vergiləri azaltmaq tələbi ilə ölkə miqyasında yürüşlər keçiriblər.

İNDİKİ SİYASƏTƏ «YOX»

O’Donnel qələbədən sonra nümayişdə deyib: «Biz bura gəlib çatmaq üçün çox işləmişik. Xanımlar və cənablar, indiyə kimi öyrəşdiyimiz siyasət daha olmayacaq».

O’Donnel deyir ki, «onun qələbəsi Amerikanın dirçələ biləcəyinin əlamətidir».

Çay Partiyasına keçən prezident seçkilərində vitse-prezidentliyə namizəd olmuş Sara Palin və Respublikaçılar Partiyasının mühafizəkar qanadının digər nüfuzlu üzvləri dəstək verir.

Çay Partiyası indiyə kimi Nevada, Kolorado, Florida, Alyaska da daxil azı 5 ştatda Konqresə və qubernatorluğa namizədliyi qazanıblar.

ÇAY PARTİYASINDAN HƏLƏLİK ÇƏKİNMİRLƏR

Seçki kontekstində Çay Partiyasına Amerikanın iki ən böyük partiyası eyni ümidlə baxır. Respublkaçılar Partiyası Çay Partiyasının köməyi ilə Konqresdə demokratların əlindən yerlər alacağına ümid edir.

Demokrat Partiyası isə Çay Partiyasının mühafizəkar cəbhəni və Respublikaçılar Partiyası tərəfdarlarını parçalayacağını düşünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG