Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Avropa Məhkəməsi azərbaycanlı köçkünlərin işinə baxır


Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqalarının Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxır.

İddiaçılar Azərbaycanın altı vətəndaşı – Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulmuş, onların mülkiyyəti ermənilərin əlinə keçib.

İddia ərizəsi Birinci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirərərək qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər.

İddiaçılar öz ərizələrində Laçın rayonundan olan etnik kürdlər olduqlarını bildiriblər. Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Məhkəmədə həmin şəxsləri başqa ölkələrdən olan vəkillər müdafiə edir. Hələki qərar qəbul edilməyib. Sözü gedən məhkəmədə Ermənistandan olan bir nəfərin də Azərbaycana qarşı eyni məzmunlu şikayətinə baxılır. Həmin şəxs iddia ərizəsində Azərbaycanın Goranboy rayonundan olduğunu və Azərbaycanın hərbi qüvvələri kəndə daxil olanda evini tərk etdiyini bildir.

Azərbaycandan gedən nümayəndə heyətinin üzvü vəkil Anar Qasımovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Ermənistandan olan nümayəndə şikayət müddətinin bitməsini əsas gətirərək iddianın təmin olunmamasını istəyib. Bundan başqa həmin şəxs bildirib ki, bu məsələ Ermənistana yox, Dağlıq Qarabağa aid bir məsələdir. Ermənistandan olan nümayəndə iddiaçıların istənilən vaxt öz torpaqlarına qayıtmaq imkanlarının olduğunu bildirb. Proses davam edir.
XS
SM
MD
LG