Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Qüdsdə İsrail-Fələstin danışıqları davam edir


Qüdsdə İsrail-Fələstin sülh danışıqları davam etdirilir.

Danışıqlara vasitəçilik edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, danışıqların indiki mərhələsində əsas, vacib məsələlər müzakirə olunur.

İordan çayının qərb sahilində yəhidi qəsəbələrinin tikintisi tərəflər arasında sas problemlərdən biri olaraq qalır.

Tikintiyə qoyulmuş qadağanın müddəti sentyabrın 26-da sona yetir və İsrail onu uzatmaq fikrində deyil.

Fələstin tərəfi isə buna görə, sülh danışıqlarından çıxmaqla hədələyir.
XS
SM
MD
LG