Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:16

Pərviz Müşərrəf yeni partiya yaradır


Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf gələn həftə yeni partiya yaradacağını elan edib. Müşərrəf iki il əvvəl hakimiyyətdən gedib və ölkəni tərk edib.

Hazırda Londonda yaşayan eks-prezident partiyanın adının “Bütün Pakistanın Müsəlman Liqası” adlanacağını açıqlayıb.

Liqa rəsmən oktyabrın 1-dən fəaliyyətə başlaya bilər. Ancaq Müşərrəf Pakistana qayıdarsa onu hakimiyyətə gətirən 1999-cu il hərbi çevrilişinə görə məsuliyyətə cəlb edilə bilər.
XS
SM
MD
LG