Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:51

Azərbaycanda yeni tədris ili başladı


Azərbaycanda sentyabrın 15-dən yeni tədris ili başlayıb.

2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərində 1 milyon 400 minə yaxın şagird təhsil alacaq. Bu il birinci sinfə 121 minə yaxın şagird gedir.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi xüsusi tədbirlər planı hazırlayıb. İdarənin mətbuat xidmətindən «APA»ya bildirilib ki, tədbirlər planına əsasən, bu gündən Bakı şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində və təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması məqsədilə post-patrul xidmətlərinin yerləşdirilməsi nəzərdə tutulub.

Paytaxt küçələrində avtomobil tıxaclarının qarşısını almaq məqsədilə yol polislərinin ayrılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.
XS
SM
MD
LG