Sentyabrın 14-də Bakı Neft Emalı Zavodunun 4 fəhləsi qazdan zəhərlənərək, xəstəxanaya yerləşdirilib.
Bu barədə AzadlıqRadiosuna Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Fəhlələr Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə Nizami rayonunda yerləşən Heydər Əliyev adına Bakı Neft Emal Zavodunun 4-cü sexində baş verib.
APA agentliyi hadisə şahidlərinə istinadən fəhlələrin qaz çənində təmizləmə işləri aparan zaman huşunu itirərək çənin içinə düşdüyünü xəbər verib. Ancaq N.Quliyev bu məlumatı təkzib edərək, fəhlələrin qazdan zəhərləndiyini bildirib.
Nizaməddin Quliyev deyir ki, xəstəxanaya yerləşdirilən fəhlələr artıq evə buraxılıblar.