Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin enerji sammiti keçirilir.
3 ölkə arasında AGRI layihəsi (Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış qaz layihəsi) çərçivəsində birgə müəssisəsinin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanıb.
Yaradılan şirkət layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq, investorların cəlb edilməsi kimi məsələləri həll edəcək.
Azərbaycan, Gürcüstan və Rumıniya bu şirkətdə eyni paya malik olacaq, lakin gələcəkdə yeni müəssisədə digər şirkətlər də pay ala bilər.
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli AzadlıRadiosuna deyib ki, üç ölkənin həyata keçirdiyi layihəyə əsasən Azərbaycan qazı Gürcüstan limanlarında mayeləşdiriləcək və daha sonra Rumıniyanın Konstansa limanına daşınacaq. Orada emal olunandan sonra Rumıniyanın qazpaylayıcı şəbəkəsinə daxil olacaq.
Azər Mənsimli deyir ki, layihəyə Macarıstanın qoşulması da nəzərdə tutulub.
Sammitdə prezidentlərin birgə bəyannamə imzalayacağı gözlənilir.