Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:09

«AGRİ «Nabucco»ya alternativ deyil»


Bunu AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə Bakı Bəyannaməsinin müzakirəsində iştirak edən Sənaye və Energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 31 milyard kubmetrlik təbii qazın nəqlini nəzərdə tutan «Nabucco» layihəsi AGRİ ilə müqayisə edilə bilməz:

«Nabucco» Xəzər regionu, Mərkəzi Asiya, İran, İraq, Misir və başqa ölkələrin qazla təmin edilməsini nəzərdə tutur. Ona görə AGRİ layihəsi ona alternativ kimi baxıla bilməz. Bu layihə kiçik həcmdə bir neçə ölkənin qazla təminatını nəzərdə tutur».

AGRİ layihəsi 15 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.
XS
SM
MD
LG