Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:20

Sabah enerji sammiti keçiriləcək



Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya energetika nazirlərinin mayeləşdirilmiş qaz kəməri layihəsinə həsr olunmuş görüşü keçirilir. Sənaye və Energetika nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Məsimlinin Azadlıradiosuna verdiyi məlumata görə, bu görüş sentyabrın 14-də Bakıda üç ölkə prezidentlərinin iştirakı ilə keçiriləcək enerji sammitinə hazırlıqla bağlıdır.

Üç ölkənin həyata keçirdiyi layihəyə əsasən Azərbaycan qazı Gürcüstan limanlarında mayeləşdiriləcək və daha sonra Rumıniyanın Konstansa limanına daşınacaq və orda emal olunandan sonra Rumıniyanın qazpaylayıcı şəbəkəsinə daxil olacaq. Layihəyə Macarıstanın qoşulması da nəzərdə tutulub.
Sentyabrın 14-də prezidentlərin Bakıda keçiriləcək zirvə görüşündə birgə bəyannamə imzalayacağı gözlənilir.


XS
SM
MD
LG