Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Kür daşqınlarına görə forum keçiriləcək


Sentyabrın 16-da "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən təşkil olunan "Kür daşqınlarının yaratdığı problemler; mövcud vəziyyət və çıxış yolları” mövzusunda Ümumrespublika Forumu keçiriləcək.
Açıq Cəmiyyət Institutu Yardım Fondunun dəstəyi ilə həyata keçirilən forumda "Kür" Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən Kür daşqınları ilə bağlı aparılmış monitorinqin ilkin nəticələrinin təqdimatı olacaq, bölgədə mövcud durum barədə məlumat veriləcək, yerli icma üzvləri tərəfindən onları narahat edən problemlər dinləniləcək və Kür daşqınları ilə bağlı çəkilmiş sənədli film nümayiş olunacaq.
Teədbirdə yerli QHT ve KIV-lərlə yanaşı beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, daşqınla üzləşmiş bölgənin icma üzvləri, hökumət nümayəndələri, millət vəkillərinin iştirakı nəzərdə tutulur.
XS
SM
MD
LG