Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Azərbaycanlı güləşçi dünya çempionu oldu


Azərbaycanlı güləşçi Xetaq Qazyumov Moskvada keçirilən sərbəst güləş üzrə dünya çempionatında 96 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

AzərTacın məlumatına görə, Qazyumov finalda rusiyalı güləşçi Hacımurad Qatsalova qalib gəlib.

Bu, Azərbaycan yığma komandasının çempionatda qazandığı ikinci qızıl medaldır. Birinci qızılı 60 kq çəki dərəcəsində yunan-Roma üslubunda yarışan Həsən Əliyev qazanıb.

Azərbaycan yığma komandasının veteranı Zəlimxan Hüseynov isə (60 kq) sərbəst güləşdə bürünc mükafat qazanıb.
O, bü kürsü uğrunda mübarizədə türkiyəli idmançı Ersin Çetini məğlub edib.
XS
SM
MD
LG