Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 07:12

Türkiyə Konstitusiyası dəyişəcəkmi?


Türkiyədə ölkə konstitusiyasına düzəliş edilməsilə bağlı keçirilən referendumun nəticələri bü gün açıqlanacaq. İlkin məlumatlara görə, sorğuya çıxarılan dəyişikliklər seçicilər tərəfindən bəyənilib.

Baş nazir Teyyub Ərdoğan bildirib ki, seçicilərin 58 faizi referendumu dəstəkləyib, elan edib ki, bu nəticə “Türkiyə demokratiyası”nın qələbəsidir.

Avropa Birliyi də nəticələrdən razılıq bəyan edib.

Türkiyə mətbuatı yazır ki, referendumda səsvermə hüququna malik 49 milyondan çox seçicidən təxminən 38 milyonu iştirak edib.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf partiyası hesab edir ki, konsitisuya dəyişiklikləri ölkənin demokratikləşməsi və Avropa standartlarına yaxınlaşmasına xidmət edəcək.

Müxalifət isə deyir ki, bu addım məhkəmə sistemini hakimiyyətdən aslı vəziyyətə salacaq və gələcəkdə islamçı diktaturaya gətirib çıxaracaq. Müxalifət düşərgəsindən səslənən fikirlər Baş nazir Ərdoğanı və onun islamçı partiyasını hakimiyyətdə daha çox qalmaq və ölkədəki sivil quruluşu dəyişmək cəhdlərində ittiham edir.

Dəyişikliklərdən biri də hakimlərin seçilməsinə aiddir. Müxalifət hesab edir ki, bu hakimiyyətin məhkəmə sisteminə təsir etməsinə imkan açacaq.

Bundan başqa, ölkənin siyasi həyatında hərbçilərin səlahiyyətinin azaldılması nəzərdə tutulur.
XS
SM
MD
LG