Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

Basketbol albanlarla serblərin savaşına səbəb oldu


Şənbə günü axşam Kosovonun Kosovo-Nitrovitsa şəhərində yerli albanlarla serblər arasında toqquşma baş verib.

Associated Press agentliyi polisə istinadla xəbər verir ki, toqquşma yerli albanlar basketbol üzrə dünya çempionatındaTürkiyə millisinin Serbiya üzərində qələbəsini qeyd etmək üçün kücələrə çıxarkən baş verib.

Məlumatlara görə, şəhərdə atəş səsləri də eşidilib.

Bu şəhər albanlar və serblərin bölündüyü iki hissədən ibarətdir.

Kütlələri aralamaq üçün hadisə yerinə beynəlxalq polis və NATO əsgərləri atılıb.
XS
SM
MD
LG