Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Sulutəpədə yanğın nəticəsində 3 nəfər ölüb


Binəqədi rayonunda yaşayış evinin yanması nəticəsində ailənin 3 üzvü ölüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində, Binəqədi rayonu,
Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəki fərdi yaşayış evində baş verib.

Nəticədə ev sahibi, 33 yaşlı Anar Rzayev, 1 yaşlı oğlu Cavad Rzayev və iki həftədir ki, doğulmuş övladının cəsədi tapılıb.

Anar Rzayevin həyat yoldaşı 31 yaşlı Elnarə Rzayeva isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə,yanğın qaz sobasındakı nasazlıqdan əmələ gəlib.
Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG