Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:11

İranda baş vermiş partlayışda 6 adam ölüb


İranda qaz kəmərinin partlaması nəticəsində xəsarət alanlardan 6-sı xəstəxanada ölüb.

İSNA agentliyi Məşhəd yaxınlığında baş vermiş bu partlayışda 20 nəfərin xəsarət aldığını xəbər verir.

Onlardan bir neçəsi ağır vəziyyətdə xəstəxanaya götürülüb.

Partlayışa səbəb hadisə yerində işləyən ekskavatorun səhvən kəməri zədələməsi olub.

Yanğınla mübarəzə təxminən 3 saat çəkib.
XS
SM
MD
LG