Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Ayın 13-dək Azərbaycanda hava yağmurlu olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda yağmurlu hava şəraitinin
sentyabrın 13-dək davam edəcəyini bildirib.

Ötən gecə ölkənin cənub bölgəsi və Böyük Qafqaz regionunda güclü yağış müşahidə olunub ki, bu da aylıq normanın 46-85 faizini təşkil edib.

Ən çox yağıntı Bakı-Abşeron yarımadasında müşahidə olunub.

Sentyabrın 11-dən 12-ə keçən gecə və səhər saatlarında bəzi rayonlarda yağıntı davam edəcək, sabah gündüz saatlarından isə rayonlarda yağış kəsəcək.

Sentyabrın 13-də, hava əsasən dəyişkən buludlu və yağmursuz olacaq.
XS
SM
MD
LG