Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:56

İran turustin azad edilməsini təxirə salıb


İranın hakim dairələri ötən il casusluq ittihamıyla tutulmuş 3 amerikalı turistdən biri Sara Şurdun azad edilməsini təxirə salıb.

İranın baş prokuroru Abbas Cəfəri məhkəmə prosesinin hələ ki, başa çatdırılmadığını bildirib.

İran hakimiyyətinin nümayəndəsi bundan əvvəl bildirmişdi ki, Saranın səhətində problem yarandığından o, artıq şənbə günü azad oluna bilər.

ABŞ və beynəlxalq təşkilatlar dəfələrlə İrandan turistlərin azad edilməsini tələb ediblər.

Onlar 2009-cu ildə İraq sərhəddinin yaxınlığında tutulublar.

İranın hakim dairələri onları casusluqda ittiham edir.
Birləşmiş Ştatlar isə turistlərin sərhəddi səhvən keçdiklərini deyir.

XS
SM
MD
LG