Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:10

Obama dini fərqliliyə hörmətlə yanaşmağa çağırıb


Bu gün Birləşmiş Ştatlarda 11 sentyabr terror aktları qurbanlarının xatirəsi anılır.

Bu münasibətlə həmin terror aktları nəticəsində Nyu-Yorkda dağıdılmış əkiz qüllələrin yerində xüsusi mərasim keçiriləcək.

Mərasimdə Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin də iştirakı gözlənilir.

Bu qüllələrin ətrafında məsçid tikmək planı Birləşmiş Ştatlarda İslamla bağlı söz-səhbətə, anti-müsəlman əhval ruhiyyəsinin artmasına səbəb olub.

Amnesty İnternational təşkilatı bundan dərin narahatlığını bildirib.

Həmçinin ABŞ-dakı kiçik xristian icmalarından birinin rəhbəri Terri Consun 11 sentyabrda Quranı yandırmaq planı dünyada böyük rezonans doğurub.

Prezident Barak Obama amerikalıları dini fərqliliyə hörmətlə yanaşamağa çağırıb.


XS
SM
MD
LG