Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Sürücülər «Lukoil»u boykotla hədələyirlər


Şahidlər deyirlər ki, qəza vəziyyətini məhz Barkovun idarə etdiyi «Mercedes» yaradıb, 25 fevral 2010
Şahidlər deyirlər ki, qəza vəziyyətini məhz Barkovun idarə etdiyi «Mercedes» yaradıb, 25 fevral 2010
«Rusiyanın «Lukoil» neft şirkətinin vitse-prezidenti Anatoli Barkovun avtomobil qəzasında iki qadının ölümündə təqsiri yoxdur».

Moskva milisinin rəisi Vladimir Kolokoltsev qəza vəziyyətini mərhum Olqa Aleksandrinanın idarə etdiyi maşının yaratdığını açıqlayıb.

35 yaşlı Olqa Aleksandrina və 72 yaşlı qaynanası Vera Sidelnikova avtomobil qəzası zamanı ölüblər. «Lukoil»un vitse-prezidenti Barkov isə ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Şahidlər isə deyirlər ki, qəza vəziyyətini məhz Barkovun idarə etdiyi «Mercedes» yaradıb, tıxaca düşməmək üçün Barkov avtomobili yanlış yolda sürüb.

Hərçənd, Moskva milisinin rəisi Vladimir Kolokoltsev tədqiqatın obyektiv aparıldığını deyir:

«Cinayət işi obyektiv araşdırılıb və istintaqa heç bir təzyiq olmayıb».

Kolokoltsev əlavə edib ki, məsələni Rusiya prezidenti Dmitri Medvedev şəxsən izləyirmiş.

HADİSƏNİ LENTƏ ALAN KAMERA OLMAYIB?

Aleksandrinanın bacısı Anastasiya isə milisin iddiaları ilə razılaşmır:

Anatoli Barkov
««Lukoil» elə bir şirkətdir ki, işçilərinin ehtiyatsız sürücü adı qazanmasını istəmir. Deyirlər ki, orada bir dənə də olsun kamera olmayıb. Mən inanmıram ki, Lenin prospekti ilə Moskvanın 3-cü dairəvi yolunun kəsişməsində hadisəni lentə alan bir dənə də olsun kamera olmasın».

Olqa Aleksandrinanı təmsil edən vəkillər və yaxınları isə öz şəxsi tədqiqatlarını aparmaq niyyətindədirlər:

«Biz cinayət işində olan sənədləri öyrənəcək və vəziyyəti qiymətləndirməsi üçün müstəqil ekspertləri dəvət edəcəyik».

Qəza Rusiya ictimaiyyətinin diqqətinə səbəb olub. Rusiya repçisi Noize MC Barkovu və rəsmiləri ittiham edən mahnı yazıb, bir qrup sürücü isə «Lukoil» benzindoldurma məntəqələrini boykotla hədələyiblər.

Bu arada Barkov Aleksandrinanın 2 yaşında olan qızına yetkinlik yaşına çatana kimi öz maliyyə dəstəyini təklif edib. Hələ ki, yaxınlarından bu təklifə şərh verən olmayıb. Qızın atası da bu ilin avqust ayında vəfat etdiyindən qızın qayğısına qohumları qalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG