Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Amerika müsəlmanları təmkinli olmağa çalışır


Əl-Qaidə terror təşkilatının üzvlərinin 3 sərnişin təyyarəsini qaçırandan sonra Amerikanın Nyu-York və Vaşinqton şəhərlərində binalara çırpıb 3 min nəfərə yaxın adamı öldürməsindən 9 il keçir.

Terrorçuların qaçırdıqları 4-cü təyyarə Pensilvaniyada məhv oldu – sərnişinlər göyərtədəki terrorçuları üstələyəndən sonra. Təyyarədəkilərin hamısı həlak oldu.

O zaman - terrordan sonrakı aylarda Amerikada müsəlman vətəndaşlara qarşı ovqat dəyişmiş, bəzi yerlərdə müsəlmanlar ayrı-seçkiliyə və hücuma məruz qalmışdı.

Üstündən 9 il keçdikdən sonra belə əhval-ruhiyyə ölkənin bəzi yerlərində yenidən hiss edilir.

Xüsusən də Amerikada yaşayan bir müsəlman ruhani təyyarələrin Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə çırpıldığı yerə yaxın ərazidə İslam Mədəniyyət Mərkəzi tikmək planını elan edəndən sonra bu bir sıra insanların, o cümlədən radikal xristian və yəhudi dindarların etirazına səbəb olub.

11 sentyabrdan qabaq Amerikanın

6 milyonluq müsəlman icması sakit həyat sürürdü

Nyu-Yorkda məscid tikintisinə etirazlar. 22 avqust 2010
Böyük əksəriyyət İslama Amerikadakı çoxsaylı dinlərdən biri kimi yanaşırdı.

11 sentyabrdan sonra isə bir çox müsəlmanlar öz qonşularına, dostlarına və həmkarlarına izah etməyə məcbur oldular ki, İslam dini dinc bir dindir və onların əl-Qaidə kimi terrorçu təşkilatlarla heç bir əlaqələri yoxdur.

O vaxtdan bəri Amerika cəmiyyətində bəziləri belə müzakirə açmağa çalışırlar ki, müsəlmanın amerikalı olması, Amerika dəyərlərini bölüşməsi mümkündürmü?

“Burda məscid tikmək olmaz” Bir qrup Nyu-York sakini etiraz aksiyasI keçirir və Kordoba Təşəbbüsü adlanan təşkilatın 11 sentyabr terrorunun törədildiyi yerə yaxın ərazidə İslam Mədəniyyət Mərkəzi tikməsi planlarına etiraz edir.

Mərkəzdə çimmək üçün hovuz, restoran və dərs otaqlarından başqa məscidin də açılması planlaşdırılır. Bəziləri bundan qəzəblənib ki, məscid radikal islamçıların qətlə yetirdiyi 3 minə yaxın insanın ruhuna hörmətsizlik və

Müsəlman terrorçular üçün bir “qalibiyyət səcdəgahı” olacaq

İslam Mədəniyyət Mərkəzi layihəsi Nyu-York meri Maykl Blumberq tərəfindən şəxsən təsdiqlənib.

Blumberq bildirib ki, sözügdən mərkəz Amerikanın din azadlığına sadiq olduğunu bir daha nümayiş etdirəcək. Mer layihəni dayandırmadığı üçün anti-İslam əhval-ruhiyyəsi qızışmağa və xoşagəlməz hallar müşahidə olunmağa başlanıb.

Nyu-Yorkda bir müsəlman taksi sürücüsü bir radikal tərəfindən bıcaqlanıb. Tennessidə məscidə plastik donuz fiquru atılıb. Nyu-Yorkda məscid tikintisi üçün ərazi yandırılıb.

Floridada isə kiçik bir xristian icmasının rəhbəri elan edib ki, 11 sentyabrda Quran kitablarını yandıracaq.

Ölkə üzrə keçirilən son sorğular da anti-İslam əhval-ruhiyyəsinin 2001-ci ildən bəri ən yüksək həddə çatdığını göstərir. Son sorğulara görə, ölkə əhalisinin yarısı İslam haqda xoş olmayan fikirdədir. Əhalinin 3-də biri isə düşünür ki, İslam zorakılığı stimullaşdırır. (Washington Post-ABC News)

Quranı yandıracağını vəd etmiş floridalı keşiş.
Bu il 11 sentyabrIn 9 illiyi müsəlman üçün ən böyük bayram – Ramazan dövrünə düşüb. Amma Amerikadakı

Bir çox məscidlər təmtəraqlı bayram tədbirləri keçirmək planlarını təxirə salıblar

Onlar bunun qıcıq yaradacağından ehtiyatlanırlar.

Bayram Vaşinqtonda qeyd edilərkən İslam Mərkəzinin kitabxanasının rəhbəri – ağ əbalı, ağ saqqallı Abbas Koroma öz dindaşlarına belə müraciət edib.

“Biz səbrli və dözümlü olmalıyıq. Özümüzdən çıxmamalı, aqressiv olmamalıyıq. Peyğəmbərimiz Məhəmməd əleyhəssalamın buyurduğu dinclik və əmin-amanlıq yolu ilə getməliyik”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG