Sentyabrın 9-dan 10-na keçən gecə İsmayıllı rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən insident baş verib. Rayonun Xan kəndində baş verən davada 3 nəfər qətlə yetirilib.
Ehtiram İsrail oğlu İsmayılov kəndçisi Sərdar Aslanovu ov tüfəngindən atəş açmaqla qətlə yetirib. Ölənin qardaşı Ramil Aslanov isə qisas məqsədi ilə Ehtiram və Kamran İsmayılov qardaşlarını bıçaqla qətlə yetirib.
İsmayıllı polisindən növbətçi AzadlıqRadiosuna bildirib ki, Ramil Aslanov təqsirləndirilən şəxs qismində saxlanılıb və rayon prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb.