Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:27

Məhkəmə homoseksuallara əsgərlik qadağasını ləğv etdi




ABŞ-ın Federal Məhkəməsi aşkar homoseksual adamların orduda xidmətinə qadağa qoyulmasının Konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Hakim ordunun bu siyasətini dayandırmasına çalışdığını deyib.
ABŞ prezidenti Barak Obama da orduda “Soruşma, Demə!” şərti adı ilə məşhur olan homoseksuallara qarşı qaydanın aradan qaldırılacağına söz verib. Amma prezident həm də əlavə edib ki, o, bu addımı ordu rəhbərliyi və Konqreslə məsləhətləşmələr əsasında ata bilər.
Mövcud siyasət orduya yeni qəbul ediləndən onun seksual mənsubiyyəti haqqında sual verməyi qadağan edir, amma sonradan kiminsə seksual azlıq nümayəndəsi olduğu aşkar edilsə, o, ordudan kənar edilir.
XS
SM
MD
LG