Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Qırğızıstanda həbsdə olan Vüqar Xəlilov azadlığa buraxılıb


Azərbaycanlı iş adamı, Böyük Britaniya vətəndaşı Vüqar Xəlilov Qırğızıstanda həbsdən azad edilib. Bu barədə AzadllıqRadiosuna məlumat verən Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sözçüsü Səadət Məmmədova deyir ki, məhkəmə Vüqar Xəlilova bəraət verib.

Vüqar Xəlilov Qırğızıstanda baş verən hadisələr zamanı – bu il aprelin 12-də Bişkekdə həbs olunmuşdu.

Flexible Communications PR agentliyinin rəhbəri olan Xəlilov pul vəsaitlərinin qanunsuz yolla əldə edilərək leqallaşdırılmasında ittiham olunurdu.
XS
SM
MD
LG