Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:27

Serbiya Kosovoyla danışıqlardan imtina etmir



BMT-nin Baş Assambleyası Belqradla-Kosovo arasında danışıqlarla bağlı qətnamə qəbul edib.

Avropa Birliyi Serbiyanın 1999-cu ildəki münaqişədən sonra üzərində nəzarəti itirdiyi Kosovoyla danışıq aparmasının tərəfdarıdır.
Qətnamə Baş Assambleyada səsvermə olmadan qəbul edilib. Qətnamədə həmçinin bildirilib ki, 2008-ci ildə Kosovo Serbiyanın zorakılığından sonra müstəqillik qazanıb.
Serbiya sənədi dəstəklədiyini və Kosovoyla danışıqlara getməkdən imtina etmədiyini açıqlayıb. Amma Serbiyanın xarici işlər naziri Vuk Yeremiç deyib ki, danışıqlara getmək heç də Kosovonun müstəqilliyini tanımaq deyil.
Kosovonun müstəqilliyini 70-ə yaxın ölkə tanıyıb.
XS
SM
MD
LG