Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Kommunistlər seçkiyə 2 namizədlə gedir


Azərbaycan Kommunist Partiyası parlament seçkilərinə iki namizədlə gedəcək.

Bunu APA-ya AKP-nin Mərkəzi İcrayə Komitəsinin sədri Ələsgər Xəlilov deyib.

Ələsgər Xəlilov seçkidə iştirak edəcək namizədlərin adlarını da açıqlayıb.

Bunlar partiyanın Mərkəzi İcrayə Komitəsinin sədr müavini, “Kommunist” qəzetinin baş redaktoru Fikrət Əzizov və Beyləqan Partiya Komitəsinin büro üzvü Fəridə Atakişiyevadır.

Xəlilov bildirib ki, seçki ərəfəsində kommunist və ya sol təmayüllü partiyalarla blok yaratmaq təşəbbüsü olmayıb.

O, bunun səbəbini ölkədəki sol təmayüllü partiyalar arasında münasibətlərin yaxşı olmaması və maliyyə problemi ilə izah edib.
XS
SM
MD
LG