Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:49

Qeydiyyatla bağlı MSK-ya üç seçki bloku müraciət edib


Bu günə qədər qeydiyyatla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) üç seçki bloku müraciət edib. Bunlar seçkiyə vahid namizədlə gedən Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının yaratdığı «Qarabağ», Vətəndaş və İnkişaf Partiyası ilə Liberal Partiyasının yaratdığı «İnsan naminə» və Vətəndaş Həmrəyli ilə Demokratik İslahatlar partiyalarının yaratdığı «Demokratiya» bloklarıdır. Bu barədə AzadlıqRadiosuna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Digər iki seçki bloku Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi və Təkamül partiyalarının həmtəsisçiliyi ilə yaradılan «İslahat» və AXCP-Müsavat seçki blokları hələ ki qeydiyyatla bağlı MSK-ya müraciət etməyiblər.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 7-də keçiriləcək. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçiriləcək sayca dördüncü parlament seçkisidir.
XS
SM
MD
LG