Keçid linkləri

2024, 27 May, Bazar ertəsi, Bakı vaxtı 13:37

Həmsədrlər Yerevanda danışıqlar aparacaq


Həmsədrlər Xankəndində
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00
Direct-ə keçid

ATƏTin Minsk qrupunun regionda səfərdə olan həmsədrləri, sentyabrın 8-də maşınla Xankəndinə gəlblər. AzadlıqRadiosu Ermənistan xidmətinin videogörüntüləri

ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 9-da Yerevanda olacaqlar. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Vasitəçilərin səfəri çərçivəsində erməni tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında nizamlanması ilə bağlı məsləhətləşmələri davam etdirəcəkləri gözlənilir.

Ötən axşam həmsədrlər Xankəndidə olublar və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. Bundan əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar./AnsPress/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG