Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:14

BMT-də Azərbaycanın işğal olunmuş əraziləri haqda qətnamə layihəsi müzakirə olunacaq


Sentyabrın 9-da BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunacaq.

Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.

Dünən Assambleya «GUAM məkanında dondurulmuş münaqişələr və onun beynəlxalq sülh, təhlükəsizliyə təsiri və inkişafı» adlı qətnaməni qəbul edib. Qətnamədə Gürcüstanda baş verən münaqişələr nəticəsində zorakılıq yolu ilə demoqrafik vəziyyətin dəyişməsindən narahatlıq ifadə olunur.

Baş Assambleya bütün qaçqınların, onların övladlarının, etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstan, o cümlədən Abxaziya və Cənubi Osetiya ərazilərindəki evlərinə qayıtmaq hüquqlarını tanıyıb.
XS
SM
MD
LG