Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.
İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir, çünki bu ayın gecələrinin birində Qurani-Kərimin nazil olduğu bildirilir.
Ramazan bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb. Azərbaycan hökumətinin qərarına əsasən, sentyabrın 9-u və 10 –u bayramdır. Bayram namazının vaxtı hər iki gün səhər saat 10.00-dadır.
Bu arada prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.