Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:49

Karikaturaçıya yüksək media mükafatı


Kurt Vesterqaard
Kurt Vesterqaard
Məhəmməd peyğəmbərin karikaturası ilə dünyanı bir-birinə vuran Danimarkalı karikaturaçıya M100 Media mükafatı verilib.

Mükafatın statusunın nə qədər yüksək olması haqda onu demək kifayətdir ki, Almaniyanın Potsdam şəhərindəki mərasimə Avropanın bütün əsas nəşriyyat və media şirkətlərinin rəhbərləri, baş redaktorları gəlib.

Almaniya kansleri Anqela Merkel də mərasimdə iştirak edib və nitq söyləyib. Kommunist Şərqi Almaniyasında böyümüş Merkel hesab edir ki, «almanlar azadlığın nə qədər qiymətli dəyər olmasını heç vaxt yaddan çıxartmamalıdırlar».

MƏTBUAT AZADLIĞI YOXSA ƏQİDƏYƏ HÖRMƏT?

Təşkilat komitəsinin rəhbəri Sabine Sasse AzadlıqRadiosuna deyir ki, danimarkalı karikaturaçı Kurt Vesterqaard Media Mükafatını «ölüm hədələrinə və zorakılığa baxmayaraq mətbuat və söz azadlıqları uğrunda yorulmaz mübarizəsinə və bu demokratik dəyərləri müdafiə etdiyinə görə» alıb.

Sabine Sasse: «Kurt Vesterqaard mətbuat azadlığının simvoludur. Ona görə simvoldur ki, o?Kurt Vesterqaard öz işinin müdafiəsinə qalxıb. Onu ölümlə hədələməyə isə heç kimin haqqı yoxdur. Ölüm hədəsi bizim mədəniyyətə yaddır. Biz öz haqlarımız uğrunda vuruşmalıyıq».

Sabine Sasse daha sonra deyir: «Bu mükafatın özü də bir əlamətdir, işarədir. Cəmiyyətin aparıcı simaları söz azadlığının bizim üçün nə qədər vacib olduğunu göstərirlər. Nə olursa-olsun, biz döyüşürük, silahla yox, sözlə və mükafatlarla».

2005-ci ildə Danimarka qəzetində Məhəmməd peyğımbərin karikaturalarının nəşri müsəlman dünyasında əsil etiraz tufanı yaratdı.

Məhəmməd peyğımbərin karikaturalarının nəşri müsəlman dünyasında əsil etiraz tufanı yaratdı
O vaxtki qalmaqal ifadə azadlığı və əqidəyə hörmət kimi iki fundamental dəyər arasında mübarizənin təzahürü idi.

RƏSSAMI POLİS QORUYUR

Karikaturaçının ünvanına gələn ölüm hədələrindən sonra rəssam polis himayəsindədir və indiyə kimi onu polis qoruyur.

Mühafizəyə baxmayaraq 2010-cu ilin yanvarında Somalidən olan 28 yaşlı bir nəfər Vesterqaardın evinə girə bildi və əlindəki balta ilə ona hücum çəkmək istəyəndə karikaturaçı evin hamamında- möhkəm qapının arxasında gizlənə bildi.

REDAKTOR KARİKATURALARI NİYƏ DƏRC ETDİ?

2005-ci ilin 30 sentyabrında Məhəmməd peyğəmbərin 12 karikaturasını dərc edən Jyllands-Posten qəzetinin mədəniyyət redaktoru Flemminq Rosenin bu ilin 30 sentyabrında bu mövzuda «Sükutun tiraniyası» adlı kitabı çıxacaq.

Redaktor kitab haqda müsahibə verəndə deyib: «Mən əminəm ki, insanların çoxu bu karikaturalar haqda mənim nə düşündüyümü bilmir. Mən kitabda bunu izah etməyə çalışıram».

5 ildir ki, ölüm hədələri alan redaktor deyir ki, onun istəyi Avropa miqyasında debat açmaqdır:

«21-ci əsrdə insanlar necə yaşamalıdır?» Rosenin fikrincə, karikatura böhranı insanların 21-ci əsrdən nələr gözləyə biləcəyini göstərdi.

Bu yaxınlarda karikaturaçı Kurt Vesterqaardın da kitabı çıxmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG