Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Azərbaycan Almaniyaya uduzdu


Almaniyanın Köln şəhərində Avropa çempionatının seçmə A qrupunda oynayan Almaniya və Azərbaycanın milli futbol komandaları qarşılaşdı.

Meydan sahiblərinin böyük üstünlüyü ilə keçən oyunda Almaniya yığmasının qələbəsi ilə nəticələndi. Azərbaycan komandası ilk dəqiqələrdən müdafiəyə çəkildi və bir müddət almanların həmlələrinin qarşısını ala bildi. Amma oyunun 28-ci dəqiqəsində Almaniya millisinin müdafiəçisi Heiko Westermann (o, oyunun 11-ci dəqiqəsində zədə alaraq meydanı tərk edən komanda yoldaşı Per Mertesackeri əvəz etmişdi) ikinci cəhddən topu Azərbaycan yığmasının qapısından keçirdi. Onun yaxın məsafədən vurduğu zərbəni qapıçı geri qaytardı, lakin düz geriyə, onun üstünə. Westermannın təkrar zərbəsi dəqiq idi.

Birinci hissənin son dəqiqələrində Almaniya millisi dalbadal 2 qol vuraraq hesabı 3-0 qaldırdı.


44-cü dəqiqədə Lukas Podolski Məsud Özül ilə «divar» oynayaraq yaxın məsafədən ikinci qolu vurdu. Bir dəqiqə sonra isə eyni mövqe olarkən zərbə vurmaq əvəzinə gözlənilmədən topu Miroslav Kloseyə ötürdü. Sonuncu yaxın məsafədən topu rahatca Azərbaycan millisinin qapısına vuraraq hesabı daha da artırdı, 3-0. Tərəflər fasiləyə belə hesabla getdilər.

İkinci hissə meydan sahiblərinin hücumu ilə başladı.

Philip Lham və Thomas Müller əlverişli vəziyyətlərdə fürsətlərindən istifadə edə bilmədilər.

Lakin 53-cü dəqiqədə Sami Kahdiranın zərbəsinin qarşısını alan Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov topu öz qapısına vurdu. 4-0

Oyunun 57-ci dəqiqəsində Rail Məlikov hava duelində rəqib qapıçısını üstələyə bildi, topu başı ilə rəqib qapısından keçirərək hesab arasındakı fərqi azaltdı. 4-1.

Almanlar daha bir neçə hesabı artırmaq imkanını əldən verdilər. Oyunun sonunda, 87-ci dəqiqədə Holger Badstuber küncdən zərbə ilə qapıya qaldırılan topu başı ilə Azərbaycan yığmasının qapısına vurdu, 5-1. Və nəhayət oyunun sonuncu saniyələrində topu Azərbaycan müdafiəçilərindən «oğurlayan» Lukas Podolski onu cərimə meydançasına ötürdü, burada Miroslav Klose hamını qabaqlayıb özünün bu oyunda 2-ci, almanların isə 6-cı topunu vurdu.

Oyun 6-1 hesabı ilə başa çatdı. Bu qələbədən sonra almanlar A qrupunda 6 xalla birinci yerdədirlər.

İkinci yerdə gedən Türkiyə yığmasının da 6 xalı var. Onlar öz meydanında 3-2 hesabı ilə Belçikaya qalib gəliblər.

A qrupunda oynanılan daha bir görüşdə Avstriya millisi öz meydanında Qazaxıstan yığmasını udub, 2-0.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG