Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:40

Qiymətlər qalxır


Dörd aylıq fasilədən sonra avqustda ölkədə istehlak qiymətləri yenidən artıb.

Statistika Komitəsinin məlumatına görə, hesabat ayında inflyasiya 0,7% olub. Ərzaq 1%, qeyri-ərzaq malları və xidmətlər 0,2% bahalanıb. Buğda unu, çörək və makaron məmulatı, mal əti, qatıq, pendir, yumurta, kərə və bitki yağları, bir sıra tərəvəz növləri və banan bahalanıb.

Quş əti, təzə balıq, pasterizə edilməmiş süd, qaymaq, bir sıra meyvə və giləmeyvələr ucuzlaşıb.

Qeyri-ərzaq mallarından tufli və paltar ucuzlaşıb, tikinti materialları bahalanıb. Ödənişli xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişin nəqliyyatı bahalanıb.

Bu ilin əvvəlindən istehlak qiymətləri 2,6%, ərzaq 4,2% bahalanıb.

İllik kəsimdə (avqust 2010/avqust 2009) inflyasiya 5,6% olub.

Yanvar-avqustda orta illik inflyasiya (ötən ilin eyni dövrü ilə müqayisədə) 5% təşkil edib.
XS
SM
MD
LG