Dünya ictimaiyətinin etirazına baxmayaraq, Amerikadakı dini icmalardan biri sentyabrın 11-də Quranı yandırmağı planlaşdırır. Onlar bununla radikal islamçıların 2001-ci ildə Amerikada törətdikləri terror aktlarının qurbanlarını anmaq istədiklərini bildirirlər.
Florida ştatında təxminən 50 dindarın yaratdığı icmanın keşişi Terri Cons bildirib ki, o, ABŞ hökumətinin narahatlığını anlayır ki, İslamın müqəddəs kitabının yandırılması xaricdəki amerikalılara qarşı təhlükəni artıra bilər. Cons İslamın “zorakı din” olduğuna inandığını və Quranın yandırılması planından hələ ki, vaz keçmədiklərini deyib.
Obama administrasiyası, ABŞ-ın yüksək rütbəli hərbçiləri və NATO müqəddəs kitabın yandırılmasını təxirə salmağa çağırıb. Bildiriblər ki, bu, hərəkət müsəlman dünyası ilə münasibətləri təhlükə altına qoya bilər.