Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

AXCP və Müsavat 90-dan çox dairədə vahid namizədlərini razılaşdırılıb


Sentyabrın 7-də Müsavat və AXCP rəhbərləri görüşüb. Görüşdə 10-dan çox dairə üzrə blokun vahid namizədləri razılaşdırılıb.

Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı namizədliyini verəcəyi 33 saylı Xətai Seçki Dairəsini AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya güzəştə gedib.

AXCP sədrinin müavini Razi Nurullayev isə 8-ci dairədən yox, 23-cü dairədən namizədliyini verəcək.

Arif Hacılının mediada onun namizədliyinin irəli sürülməyəcəyi barədə yazılara münasibəti belə oldu:

«Blokun baş tutması üçün müəyyən yerdəyişmələr olur, namizədlər öz namizədliklərini geri götürür. İstisna deyil ki, hər hansı dairədən mənim də namizədliyim irəli sürülsün. İstənilən halda mən seçki kampaniyasında aktiv iştirak etmək niyyətindəyəm».

Sentyabrın 8-də Müsavat divanında və AXCP məclisində qalan dairələr üzrə vahid namizədlərin irəli sürülməsi müzakirə olunacaq.
XS
SM
MD
LG