Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 13:23

Türklər Avropanın böyük əcnəbi qrupu imiş


Avropa Birliyinin yeni məlumatına görə 2009-cu ildə bu birliyə daxil olan 27 ölkədə yaşayan ən böyük əcnəbi icması türklər olub. Blokun statistika idarəsi olan Eurostat bildirir ki, həmin il Avropa Birliyində 2.4 milyon türk yaşayıb.

Eurostatın məlumatında deyilir ki, ümumilikdə keçən il birlik ölkələrində 32 milyon əcnəbi yaşayıb ki, bu da həmin ölkələrin cəmi əhalisinin 6.4 faizi qədərdir.

Əcnəbilərin ən çox yaşadıqları ölkə isə Almaniyadır. Bu ölkədə 7.2 milyon xarici ölkə vətəndaşı yaşayır. İkinci yerdə isə 5.7 milyon əcnəbi ilə İspaniya gəlir.
XS
SM
MD
LG