Dağıstanda baş vermiş partlayışla bağlı dayanan qatarlar bu gün yola düşəcək.
Bu barədə AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib:
«Dünən Bakıdan Moskvaya gedən qatar Kizlər stansiyasında, Sank-Peterburqdan Bakıya gələn qatar isə Arteyzan stansiyasında dayanıb. Artıq hüquq-mühafizə orqanları qatarların sərnişinlərinin yerini dəyişməsinə icazə verib. Moskvaya gedən qatar Bakıya gələn sərnişinləri, Sank-Peterburqdan gələn qatar isə Moskvaya gedən sərnişinləri aparacaq».
Dağıstanda partlayış sentyabrın 7-i Bakı vaxtı ilə saat 12.20-də Şimali Qafqaz dəmiryolunun Kizlər stansiyası yaxınlığında baş verib. Həştərxandan Bakıya gələn qatarın sonuncu vaqonunun altında baş verən partlayış nəticəsində qatarın 5 vaqonu relsdən çıxıb. Ölən və yaralanan olmasa da, partlayış qatarların hərəkətini dayandırıb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Gün ərzində hərəkəti bərpa etmək üçün yolun bir hissəsinin açılması nəzərdə tutulub.
Bakıdan bu istiqamətlərdəki qatarların hərəkət cədvəlində heç bir dəyişiklik edilməyib.