Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 04:37

Azərbaycana taxıl daşıyan yük qatarı partladılıb

«İnterfaks» xəbər verir ki, Qızlar-Qarabağlı dəmiryolundakı yük qatarının partlamasına görə, 4 qatar saxlanılıb, onlardan ikisi sərnişin qatarıdır.

Bakı vaxtı ilə saat 12:30-da baş verən partlayış nəticəsində yük qatarının 5 vaqonu relsdən çıxıb və lokomotiv bərk zədələnib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Partlayış nəticəsində iki yük qatarının və Bakı-Tümen və Bakı-Moskva sərnişin qatarlarının hərəkəti də dayanıb.

İlkin məlumatlara əsasən yük qatarı Həştərxandan Azərbaycana taxıl aparırmış.
​
XS
SM
MD
LG