Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Tələbə və doktorantların təqaüdləri artırldı


Prezident İlham Əliyev dövlət büdcəsi hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin aylıq təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb. Həmin sərəncama görə sentyabrın 1-də etibarən həmin təqaüdlər bu şəkildə olacaq:

1. Doktorantlar – 100 manat

2. Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələr – 100 manat

magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələr – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələr – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr – 45 manat

bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələr – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələr – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr – 40 manat

3. Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələr – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələr – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr – 30 manat

4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri – 30 manat

Artırılan təqaüd məbləğləri dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.
XS
SM
MD
LG