Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

ETA silahı yerə qoyub


Baskların separatçı ETA təşkilatının hərbi qanadı silahlı mübarizədən əl çəkdiyini bəyan edib.

BBC-nin yaydığı videogörüntüdə maskada olan 3 yaraqlı atəşin dayandırıldığını bildiriblər.

ABŞ və Avropa Birliyi basklar ölkəsinin İspaniyadan ayrılaraq müstəqil olmasına çalışan ETA-nı terrorçu təşkilatlar siyahısına salıblar.

Separatçıların 1960-cı ildən bu yana apardıqları mübarizədə 820-dən çox adam ölüb.

ETA təşkilatı 2006-cı ildə atəşkəs elan eləsə də bir neçə aydan sonra yenidən silahı mübarizəyə döndü.


XS
SM
MD
LG