Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Avqust, çərşənbə, Bakı vaxtı 03:25

Moldovada referendum keçirilir


Moldovada prezident seçkisinin qaydasıyla bağlı referendum keçirilir.

Vətəndaşlar 2000-ci ilədək olduğu kimi prezidenti xalqın seçməsinə münasibət bildirməlidirlər.

Referendum zamanı həmçinin bülletenlərin ilk dəfə elektron sistemlə sayılması da sınaqdan keçiriləcək.

Amma bununla yanaşı adi qayda da işləyəcək.

Referendumun gedişini 250-dən çox yerli və xarici müşahidəçi izləyəcək.

İndiki qanuna görə, prezidenti parlament seçir.
Amma deputatlar ötən ilin yazından bu yana yeni dövlət başçısını seçə bilmirlər.
XS
SM
MD
LG