Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 10:39

Toni Blerə də ayaqqabı atıblar


Müharibə əleyhinə hərəkatların fəalları Dublində Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin yeni kitabının təqdimat mərasimini pozmağa cəhd göstəriblər.

Aksiyaçılar mərasimin keçirildiyi kitab mağazasının qarşısına toplaşaraq, müharibə əleyhinə şüarlar səsləndirib və Toni Blerə ayaqqabı və yumurda da daxil olmaqla müxtəlif şeylər atıblar.

Amma bunlardan heç biri hədəfə dəyməyib.

Polis aksiyaçıları mağazanın ətrafından uzaqlaşdırıb.

“Səyahət” adlanan kitab sentyabrın 1-də çapdan çıxıb.
Toni Bler kitabda Britaniyanın İraq müharibəsinə qoşulmasına haqq qazandırır.
XS
SM
MD
LG