Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 05:29

Partlayışda ölənlərin sayı 65-ə çatıb


Pakistanın Kvetta şəhərində törədilmiş terror aktında ölənlərin sayı 65-ə çatıb.

Hazırda xəstəxanalarda 150-ə yaxın yaralı var ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Şiə müsəlmanlarının keçirdiyi dini mərasim zamanı törədilmiş bu hücuma görə cavabdehliyi yerli talibançılar üzərlərinə götürüblər.

Talibançılar həmçinin ABŞ və Avropa Birliyini terrorla hədələyiblər.

Həmçinin ötən çərşənbə günü Lohar şəhərində şiələrə qarşı törədilmiş hücumda 35 adam ölüb.
Beynəlxalq aləm bu hücumları hədələyiblər.
XS
SM
MD
LG