Keçid linkləri

Təcili xəbərlər
2022, 01 Oktyabr, şənbə, Bakı vaxtı 15:39

«Prezident təqaüdü»nə namizədlərin siyahısı Prezident Administrasiyasına göndərilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayaraq «Prezident təqaüdü»nə namizəd abituriyentlərin siyahısını Prezident Administrasiyasına təqdim edib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, siyahıda 103 abituriyentin adı qeyd edilib. Onların 3-ü Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayan abituriyentləridir.

Qalan 100 abituriyent isə qəbul imtahanlarında hər bir ixtisas qrupu üzrə ən yüksək bal toplayan ilk 25 abituriyentdir.
XS
SM
MD
LG