Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

BMT ərzağı qiymətinin qalxmasını ümzakirə etməyə çağırır


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada ərzağın qiymətinin hazırkı yüksəlişini müzakirə etmək üçün xüsusi iclasın keçirilməsinə çağırıb. Təşkilat bu çağırışını Rusiyanın ölkədən buğda satışına qoyduğu məhdudiyyəti gələn ilin məhsul mövsümünə uzatmaq qərarından bir gün sonra səsləndirib.

Kəskin quraqlıq və meşə yanğınlarına görə taxıl sahələri ciddi ziyan çəkmiş Rusiya bundan əvvəl həmin qadağanı bu ilin sonuna qədər nəzərdə tuturdu.

BMT son iki ayda dünya bazarlarında ərzağın qiymətinin beş faizə qədər qalxmasının bir səbəbini də Rusiyanın həmin qadağa qərarında görür. Təşkilat iki il əvvəl olduğu kimi yenə də bazarlarda ərzağın qiymətinin ardıcıllıqla qalxacağından narahatdır. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qiymətlərin qalxmasının sentyabrın 24-də Romada keçirilə biləcəyini deyir.
XS
SM
MD
LG