Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:03

İsrail səfirliyi qarşısında aksiyaya cəhd olub


Sentyabrın 3-də bir qrup vətəndaş səhər saatlarında İsrailin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirib. «Faktxəbər» saytı xəbər verir ki, aksiyaçılar «Beynəlxalq Qüds» günündə bir araya gəlib İsrailin Fələstinlə bağlı siyasətinə etiraz ediblər.

Aksiyada iştirak edən İslam Partiyasının sədri Mövsüm Səmədov «Faktxəbər»-ə bildirib ki, dünya müsəlmanlarının keçirdikləri «Beynəlxalq Qüds» günündə dini qardaşlarına dəstək vermək istəyiblər.

Polis aksiyanın qarşısını alıb. Bəzi aksiyaçılar Bakının Yasamal rayon polis idarəsinin 27-ci polis bölməsinə aparılıb. 27-ci polis idarəsindən isə bildiriblər ki, saxlanan şəxsləri Yasamal rayon polis idarəsinə aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadılqRadiosuna bildirib ki, aksiya Bakı şəhər icra hakimiyyətiylə razılaşdırılmadığı üçün polis tərəfindən qarşısı alınıb və polis tabe olmayan 15-ə yaxın saxlanıb.

Ehsan Zahidovun sözlərinə görə, onların bəzilərinə xəbərdarlıq edilib, mümkündür ki, qanunsuz aksiyaya cəhd göstərdiyi üçün dəfələrlə xəbərdarlın almış şəxslərlə bağlı materiallar isə bir qərar çıxarılması üçün rayon məhkəməsinə göndərilsin.
XS
SM
MD
LG