Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Dimitri Medvedev Bakıya gəlib


Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana iki günlük səfərə gəlib.

İki gün davam edəcək səfər zamanı iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələri və Xəzərdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək.

Səfərin yekununda dövlət sərhədi haqqında müqavilə, Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir.

Beynəlxalq məsələlərə gəldikdə isə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Rusiya prezidentini səfər zamanı köməkçisi Sergey Prixodko, baş nazirmüavini, prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi

Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, Qazpromun İdarə Heyətinin sədri Aleksey Miller, iş adamları, bir sıra region rəhbərləri, o cümlədən Dağıstan və İnquşetiya prezidentləri müşayiət edirlər.


XS
SM
MD
LG