Yazıçının siyasətə qoşulması qəbahətdimi?
Azadlıq Radiosunun "Pen klub" verilişində bu dəfə müzakirə mövzusu belə olub.
Müzakirəyə studiyada Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair Sabir Rüstəmxanlı, bu günlərdə Cümhuriyyət Xalq Partiyasına üzv olmuş şair Aqşin Yenisey, buna görə onu tənqid edən gənc yazar Elmin Həsənli və telefonla yazıçı, Müsavat Partiyasının fəallarından olmuş Sehran Səxavət qatılıblar.
Aqşin Yenisey:
Partiya qəzetlərində yazan əli qələmli dostlarımız çiyinlərinə qəribə funksiya götürüblər.
Onlar sanki ictimai prokurordurlar. İctimai prokurorluq edirlər, özü də tək bizə qarşı yox, oturub parlamentdə iclasa baxırlar, görsünlər kimin ağzından nə çıxacaq.
Ağız güdmək publisistika deyil.
Elmin Həsənli:
Bizim Aqşini tənqid etməyimiz ona olan nifrətimizdən deyil, ona olan sevgimizdən idi.
Aqşin cəmiyyətdə, Azərbaycan ədəbiyyatında, publisistikasında xeyli tanınmış və mövqeyi aydın olan bir adamdır.
Onun nüfuzu olmayan bir partiyaya üzv olması - bax əsas tənqid bunun üzərində idi.
Biz hesab edirdik ki, bu gün cəmiyyətdə, Azərbaycanın siyasi həyatında daha konkret mövqeyi olan, avtoritarizmlə savaşan partiyalar var.
Niyə Aqşin bu partiyaları yox, Cümhuriyyət Xalq Partiyasını seçib?
Sabir Rüstəmxanlı:
Azərbaycanda 80-ci illərdə siyasətçi yox idi. Ona görə 80–ci illərdə xalq meydana çıxanda birinci müraciət etdi şairə, yazıçıya. Onlar təbii yolla gəlib qoşuldular siyasətə.
Güllə qabağına gedəndə, millətin ağır günündə ədəbiyyatçıya ehtiyac var idi, hər şey arxayınçılığa çıxanda dədələrinin gül balaları siyasətçiliyi qurtarıb millətin başında oturmalıdır?! Mən bunu qəbul etmirəm...
Aqşin bu gün dostlarının yanına gedibsə, bu o demək deyil ki, həmişəlik ora bağlanır, onu da buna görə sıxışdırmaq lazım deyil.
Sehran Səxavət:
Heç vaxt özümü siyasətdə hiss etməmişəm.
Mən siyasətdə olsaydım özüm hamıdan qabaq hiss edərdim ki, siyasətdəyəm.
Yazıçı elə öz işi ilə məşğul olsa yaxşıdır. Hərə öz işi ilə məşğul olanda hərə öz yerində olur.
Həm də hərə öz yerində olanda bir adama, bir şəxsiyyətə oxşayırsan. Adam bildiyi şeyin qulpundan yapışar...
VERİLİŞİN MƏTNİNİ (DAHA ƏTRAFLI) AŞAĞIDA OXUYUN, VERİLİŞİN AUDİOYAZISINA TAM ŞƏKİLDƏ İSƏ BURADA QULAQ ASIN
davamı
"ƏDƏBİYYATI SİYASƏTDƏN AYIRMAQ MÜMKÜN DEYİL"
Sabir Rüstəmxanlı:
- Yazıçı və siyasət söhbətinin bu gün ədəbiyyata ziyan gətirən anlam qazanmasının səbəbi bizim sovet dövründə keçdiyimiz yoldur.
Sovet dövründə bəzi yazıçılar totalitar bir rejimə və Stalin repressiyanın qorxusu altında şərə xidmət edib.
Ona görə siyasət adı gələndə sovet xatirəsi yada düşür. Amma siyasət təkcə 20-30-60-cı illərin siyasəti deyil.
Milli siyasət də var, ədəbiyyatın öz siyasəti də var.
Siyasət ərəbcədən gəlmə sözdür. Mənası aldatmaqdır. Amma bu, Avropada politikadır. Politika - daha çox yönəltməkdir.
Bu cür yanaşsaq, siyasət cəmiyyətin, ümumiyyətlə düşüncənin ayrılmaz hissəsidir.
Ədəbiyyatı da siyasətdən ayırmaq mümkün deyil.
Məsələn, biri var böyük ideyaya, fikrə xidmət edən müəyyən bir siyasi düşüncə.
Məsələn Azərbaycanın bütövlüyünə, müstəqilliyinə xidmət edən bir ədəbiyyat.
Biri də var buna alternativ olan ədəbiyyat, yəni ədəbiyyatı sırf estetik kateqoriya hesab edən, ədəbiyyatı tamamilə siyasətdən, ictimai düşüncədən, publisistikadan, vətəndaş duyğularından dırnaqarası təmizləyib ancaq guya estetik bir şey hesab edənlər.
Məsələn, rus yazıçısı Nabokov Amerikada “Lolita” kitabını çıxaranda onun ön sözündə yazır ki, ədəbiyyat jurnalist sayıqlaması deyil, ədəbiyyat sırf estetik bir kateqoriyadır.
Və hətta deyir ki, görən bir cəsarətli adam tapılacaqmı ki, günlərin birində çəkici götürüb Balzakın, Qorkinin gips büstlərini dağıtsın.
Sonra da öz yazılarında və bütün tənqidçilərin yazılarında, ciddi yazılarında məlum olur ki, özü də böyük ideyaya xidmət edir.
İdeyasızlıq ədəbiyyatını tənqid edə-deə özü də ideyaya xdmət edib...
Dinləyici sualı: Sabir Rüstəmxanlının hərəkata rəhbərlik edəndə yaxşı şeirlərini oxuyurdum. Sonra rast gəlmədim...
Sabir Rüstəmxanlı:
- Mənim siyasətə qatılmağımı bəziləri ədəbiyyatdan uzaqlaşmağım kimi qəbul edir.
Halbuki mən bu illərdə bir neçə nəsr əsərləri yazmışam. Bu günlərdə “ Qaranquş nüsxəsi” olacaq.
Bir xeyli nəsr əsəri yazmışam. Şeir doyuzdurmurdu məni.
Birdən hiss etdim ki, bizim silahla verdiklərimizi, itirdiklərimizi sözlə qaytarmaq olmur. Son şeirlərimi çap etdirməmişəm. Düşünürəm ki, yəqin şer kitabına ehtiyac var.
Mən ədəbiyyata bir az da milli iş kimi baxıram. O iş nəticə vermirsə, xeyir vermirsə, elə bilirəm nəsə itir.
"DƏMİRÇİ ÖZ İŞİ İLƏ, ŞAİR DƏ ÖZ İŞİ İLƏ MƏŞĞUL OLMALIDIR"
Sehran Səxavət:
- Heç vaxt özümü siyasətdə hiss etməmişəm.
Mən siyasətdə olsaydım, özüm hamıdan qabaq hiss edərdim ki, siyasətdəyəm. O vaxt siyasətçilərin dediyi sözlər mənim idealımla, arzularımla üst – üstə düşürdü.
Bu yerdə, bu məqamda mənə siyasətçi demək olarsa, siyasətçi də olmağa hazıram. İndi deyirlər əməl etmirlər deyə mən uzaqlaşdım.
Mən sözü xoşlayıram, sözə hörmətlə yanaşıram o məqamına qədər ki sözün icrası olsun.
İcra olmayandan sonra o mənim üçün boş sözdür. Yazıçı elə öz işi ilə məşğul olsa yaxşıdır.
Mənim siyasətçi olan dostlarım var, mən onu qəbahət hesab etmirəm.
Bəzən ölkədəki siyasi vəziyyətlə bağlı, hadisə ilə bağlı şeir yazmaqla, roman yazmaqla adamın ürəyi soyumur, ona görə də qolunu çirmələyib Sabir kimi düşürsən ortalığa.
Söz hərəkət etməyəndən sonra gərək özün hərəkət edəsən.
Bu mənada mənim siyasətdə olan dost-tanışlarımın, yaradıcı adamları nəzərdə tuturam, onların bəraətləri var. Ən azı bu yaşda çoxdan dərk etmişəm ki, dəmirçi də öz işi ilə məşğul olmalıdır, şair də öz işi ilə məşğul olmalıdır.
Hərə öz işi ilə məşğul olanda hərə öz yerində olur. Həm də hərə öz yerində olanda bir adama, bir şəxsiyyətə oxşayırsan. Adam bildiyi şeyin qulpundan yapışar.
Azadlıq: Sabir Rüstəmxanlı bildiyi işin qulpundan yapışır, yoxsa yox?
Sehran Səxavət:
- Sabir artıq çoxdan sübut edib ki, bu onun bildiyi işdir. Sabir hərdən Milli Məclisdə elə sözlər deyir ki, hamımızın ürəyindən olur.
Hələlik biz buna qaneyik. Siyasətdə bir ziyalının, qələm adamının, söz adamının olması Azərbaycan üçün qəbahət sayılmamalıdır əksinə güvənc yeri kimi sayılmalıdır. Söhbət əsl ziyalıdan gedir.
Sabir Rüstəmxanlı:
- Azərbaycanda 80-ci illərdə siyasətçi yox idi. Milli siyasətlə məşğul olan adamlar yox idi.
Ona görə 80–ci illərdə xalq meydana çıxanda birinci müraciət etdi şairə, yazıçıya. O adamlar ki milli ideyalar aşılamışdı.
Onlar təbii yolla gəlib qoşuldular siyasətə. İndi hər şey arxayınçılığa çıxıb - deyirlər gedin ədəbiyyatla məşğul olun.
Güllə qabağına gedəndə, millətin ağır günündə ədəbiyyatçıya ehtiyac var idi, hər şey arxayınçılığa çıxanda dədələrinin gül balaları siyasətçiliyi qurtarıb millətin başında oturmalıdır?! Mən bunu qəbul etmirəm.
Sehran Səxavət öz yazıları ilə evdə otura–otura çox ciddi siyasətlə məşğul olur.
Biri var siyasi partiyanın üzvü olmaq, gedib funksionerlik etmək, biri də var xalqın milli siyasəti ilə maarifçilikdən başlamış onun mənəvi estetik dünyası ilə məşğul olmaq, bunun özü siyasətdir.
Bu gün yazıçılar, şairlər evlərində otursunlar, milli ziyalılığı ataq kənara, bic ziyalılıq, harada böyüdüyü, harada tərbiyə aldığı bilinməyən başqa zümrə gəlsin? O zümrənin millətə nə verəcəyini də gözəl bilirik.
Ciddi söz adamları, ciddi ziyalılar siyasi partiyaların ətrafında sıx birləşsəydilər, o siyasi partiya imkan verməzdi Azərbaycanda balaca portfel partiyalar yaransın və müxalifət bu günki duruma düşsün.
"YAZIÇILAR ÖZ VƏTƏNLƏRİNDƏN İMTİNA ETMƏK QƏDƏR CƏSARƏTLİDİRLƏR"
Aqşin Yenisey:
- Sözün açığı, mən universitet illərindən də siyasi mətbuatda publisistika ilə məşğul olmuşam. Məni bəzi oxucular daha çox şair kimi, yazıçı kimi tanımayıb, qəzetdə köşə yazarı kimi tanıyıblar.
Cümhuriyyət Xalq Partiyasına üzv olmağımın arxasında mən elə bir hədəf görmürəm, sözlə işimizi görə bilirik.
Qolumuzu çırmalamağın vaxtı yetişməyib. Belə bir missiyam yoxdur.
Düşünmürəm ki siyasi partiyaya üzv qəbul olunmaqla məni narahat edən məsələni həll etmək üçün bu qərarı vermişəm.
Sadəcə mənim o partiyada çoxlu dostlarım var. Azərbaycanda yeganə partiyadır ki, məni öz sıralarında görmək istədi.
Mənə müraciət etdilər. O adamlar ki onların vicdanına arxayınam, onların atdıqları addımlar göz qabağındadır, qaranlıq bir tərəf yoxdur, ona görə də sadəcə öz dostlarımın yanında olmaq istədim.
Hələ ki mən real siyasətdə deyiləm və düşünmürəm ki nə vaxtsa belə bir ehtiyac yaranacaq ki sözlə yox, siyasi bəyanatlara danışmağa başlayım. Mən belə deyək normal olmayan bir şey görmürəm.
Yazıçılar hətta öz vətənlərindən imtina etmək qədər cəsarətlidirlər.
Yüzlərlə, minlərlə dünya ədəbiyyatında yazıçılar var ki, məhz azadlığına xəyanət olunduğuna görə vətənindən imtina ediblər.
Nobokov deyirdi ki, mən heç vaxt Rusiyaya qayıtmayacam, Rusiya mənim içimdədir, mən Rusiyanı özümlə gətirmişəm Ameirkaya.
Mən düşünmürəm ki, bir partiyadan imtina yazıçı üçün çox çətin məsələdir.
Sabir Rüstəmxanlı:
- Yazıçının siyasətlə məşğul olmasını partiya üzvü olması ilə qarışdırmaq lazım deyil. Mən bir çox ölkələrdə olmuşam.
Qərb ölkələrinin çoxunda seçki dövründə partiya üzvlərinin sayı artır olur 200 min- 300 min, amma seçkidən sonra hamı gedir işinə və partiyada 3-4 min adam qalır.

"AQŞİN NİYƏ BU PARTİYALARI YOX, CHP-ni SEÇİB?"
Elmin Həsənli:
- Mən ümumiyyətlə yazıçının siyasətlə məşğul olmasına, siyasətə qoşulmasına qarşı deyiləm.
Yazıçı ziyalıdır və ziyalı təbəqəsi cəmiyyətin düşünən hissəsidir.
Əgər yazıçı düşünürsə, düşünən hissəsidirsə cəmiyyətin, mütləq bir tərəf tutacaq.
İstər-istəməz hansısa siyasi prosesə münasibət göstərməlidir. Məsələn bir il öncə referendum keçirildi.
Orada konkret iki mövqe qoyulmalı idi - hə ya yox. Belə bir vəziyyətdə Azərbaycanda bir çox yazıçılar oldu ki, onlar nə deyəcəklərii bilmədilər.
Bizim kimi hələ demokratiyanın qurulmadığı avtoritar rejimlərdə, hesab edirəm ki, yazıçının mütləq proseslərə bir münasibəti olmalıdır.

Onun belə nüfuzu olmayan bir partiyaya üzv olması - bax əsas tənqid bunun üzərində idi ki, biz hesab edirdik ki, bu gün cəmiyyətdə, Azərbaycanın siyasi həyatında daha konkret mövqeyi olan, avtoritarizmlə savaşan partiyalar var, niyə Aqşin bu partiyaları yox, Cümhuriyyət xalq partiyasını seçib.
Yenə də bu onun öz seçimidir. Siyasi fəaliyyətlə məşğul olmaq qadağan deyil Azərbaycanda.
Sehran Səxavət:
- Mənə elə gəlir ki, azadlıq kütləvi şey deyil. azadlıq fərdi xarakter daşıyır. Sabirlə cavanlıqdan bir-birimizi tanıyırıq. Azərbaycan xalqı azad olmamışdan biz azad idik.
O azadlığı biz özümüz təşkil etmişdik. Nə istəyirdim, onu edirdim. Azadlığı kütləvi anlam kimi heç vaxt qəbul edə bilmərəm.
Sabir Rüstəmxanlı:
- İctimai azadlıqdan söhbət gedəndə bizim millətimizin çox böyük dərdləri var.
Bir halda ki, millət param-parçadır, yarısı orada azad deyil, bir halda ki, yazdığın kitabı istənilən vaxt istədiyin tirajla çap etdirə bilmirsən, bu, azadlıq deyil.
Dilimizi istənilən şəkildə inkişaf etdirə bilmirik, öz torpağımızı azad edə bilmirik, böyük güclərin əlində oyuncağa çevirirlər bizim kimi dövləti, dünyanı bir dəstə lotu idarə edir, əzə-əzə gedirlər millətləri.
Biz azadlığın ayağına gedib, yalvarmalıyıq, qazanmalıyıq.
Azadlıq: "Bir dəstə lotunun idarə etdiyi dünyanın" balaca bir ölkəsinin parlamentində nə dərəcə azadsınız?
"YAZIÇILAR ANADAN MÜXALİFƏTÇİ KİMİ DOĞULURLAR"
Sabir Rüstəmxanlı:
- Mən parlamentə və deputatlığa ona görə bağlıyam ki, orada söz demək imkanı var.
Sözü axıra kimi bəzən dinləmək istəmirlər, yaxud mətbuata gedib çatmır, elə bir ab-hava yaradırlar ki, dediyin sözə görə təhqir olunursan, hər şeyi demək istəmirsən.
Amma hər halda yenə də Azərbaycanda tək normal söz demək imkanı var - o da parlamentdir.
Tərəf söhbəti ciddi söhbətdir. Ziyalı insan, sözü başa düşən, millətinə hörmət edən hər bir adamın mövqeyi olmalıdır.
Ədəbiyyat bu mövqeyi müəyyənləşdirməyə kömək edir. Ədəbiyyat həmişə istəyib cəmiyyəti və milləti bəlli bir həqiqətə aparsın.
Bütün şairlər yazıçılar anadan müxalifətçi kimi doğulurlar. Hətta siyasi partiya olmasa, hərəkat olmasa da onlar özləri özlərinə müxalifətçidirlər.
Aqşin Yenisey:
- Sözün açığı mənim iddialarım indiyə qədər mətbuatda yazdığım yazılarda əksini tapıb.
Dörd- beş aydır mənim nəsr kitabım çıxıb. Mənim başqa heç bir iddiam yoxdur.
Hətta yazmadığım, yazmağa cəsarət etmədiyim, qorxduğum, qaranlıq saxlamaq istədiyim elə bir iddiam yoxdur. Nə iddiam varsa, hamısı yazılarımdadır.
Sabir Rüstəmxanlı:
- Aqşinə etiraz edəcəm, siz cavansınız. Azərbaycan o qədər zəngin deyil adamları ilə. Sən iddialı olmalısan.
Getmisən siyasi partiyaya. Parlament həmişə bu adamlardan ibarət olmayacaq ki.
Bu gün Sabir Rüstəmxanlıdır, mən də sənin yaşında ədəbiyyata elə gəlmişdim.
Sabah mən gedəcəm, denən mən onun yerinə keçəcəm, özümü hazırlayıram millət vəkilliyinə, xalqın sözünü deməyə, bu iddia olmalıdır, səndən onu istəyirəm.
Aqşin Yenisey:
- Səs-küylü iddialarım haqqında danışmaq istəmədim.
Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki guya Azərbaycanda iki–üç partiya var ki, əgər o partiyanın üzvüsənsə, o partiyanın qəzetində yazırsansa, o halda müxalifətçisən, başqa heç bir halda müxalif düşüncəli olmağının heç bir əsası yoxdur.
Bu partiya qəzetlərində yazan əli qələmli dostlarımız da çiyinlərinə qəribə funksiya götürüblər.
Onlar sanki ictimai prokurordurlar. İctimai prokurorluq edirlər - özü də tək bizə qarşı yox, oturub parlamentdə iclasa baxırlar, kimin ağzından nə çıxacaq.
Ağız güdmək publisistika deyil. Ümumiyyətlə Azərbaycanda siyasi təfəkkür bu səviyyədədir, bu cür cılız, bu cür qısır mənzərə var Azərbaycan siyasətində.
Bu şəklə gətirib salıblar. Bu cılız yerdən də müxtəlif adamlar ittiham olunur, müxtəlif adamlara bəzən şər də atırlar. "Azadlıq" qəzetini də oxuyuruq, "Yeni Müsavat" qəzetini də oxuyuruq, hər şeydən xəbərimiz var.
Bunlardan daha çox dünya ədəbiyyatını oxuyuruq. Ancaq bu şəkildə insanları ittiham etmək olmaz, müxalifətçilik düşmənçilik deyil.
"BU GÜN SUSAN YAZIÇI ON İLDƏN SONRA ORTAYA ELƏ ƏSƏR QOYAR Kİ..."
Elmin Həsənli:
- Burada hansı azadlıqdan söhbət gedə bilər ki, sözü kəsirlər, Sabir bəy özü də dedi ki, bəzən təhqir edirlər. İmkan yaratmırlarsa burada hansı azadlıqdan söhbət gedə bilər.
Ümumiyyətlə bu gün bütün dünya üçün bu sual həll olunmayıb, cəmiyyətə kim lazımdır, sovet rejiminə qarşı çıxmayan Şoloxov yoxsa dissident Soljenitsin.
Halbuki Şoloxov yaradıcılıq etibarilə Soljenitsin daha yüksəkdə dayanır.
Cəmiyyətə hansı obraz lazımdır. Bu suala dünya cavab tapa bilməyib. İndi Azərbaycanda da eyni vəziyyətdir.
Tutaq ki, Əliyevlər rejiminə qarşı çıxmayan, bəzən onu tərifləyən məddahlıq edən amma ola bilər ki yaradıcılığında güclü olan yazıçımı, yoxsa hələ yaradıcılığında ciddi nailiyyətlər olmayan, amma avtoritarizmə qarşı çıxan gənc yazarlarmı?
Bu sualın cavabını tapmaq lazımdır.
Sabir Rüstəmxanlı:
- İkisi də lazımdır. Cəmiyyət elə ona görə cəmiyyətdir ki, ikisi də lazımdır.
Satirik ədəbiyyatın öz rolu var, inkarçı, mübarizə aparan ədəbiyyatın öz yeri var. Tərənnüm elə - elə-belə çılpaq tərənnüm yox, çılpaq tərənnümün ömrü beş gündür, rejim gedir, o da gedir.
İnkar etməyən, amma yazısının bədii mahiyyətində o dövrün faciələri görünən ədəbiyyat da var.
Çox primitiv misal olsa da, Lenin Tolstoyun əsərlərini inqilabın güzgüsü sayırdı.
Halbuki o, inqilabdan yazmayıb. Sadəcə rus cəmiyyətinin bütün tərəflərini elə göstərib ki, hamı orada rus inqilabının yetişdiyini görürdü.
Bəlkə bu gün ortada olmayan, susan elə bir yazıçı ola bilər ki, on ildən sonra elə bir əsər ortaya qoyar ki bu günün bütün mahiyyəti orada olar.
Ona görə də Azərbaycanda dissident təfəkkürlü insanların hamısı ya 20-ci illərdə xaricə qaçmışdılar, sürgün olunmuşdular, ya 20-30 –cu illərdə məhv edilmişdilər, ya da 37-ci ildə repressiya qurbanı olmuşdu.
Bizim bütün dissidentlərimiz ya asıldı, ya quyulara töküldü, ya məhv edildi. Dissident təfəkkürü üçün adam qaldı ki.
Elmin Həsənli:
- Mən hesab edirəm ki, bu gün Azərbaycanda ciddi ziyalı problemi var.
Bu gün insanlar Qan Turalıdan, Elnur Aslanbəylidən daha çox Anardan və digərlərindən tənqid gözləyir.
Anarın xırda bir tənqidi daha effektli olur, cəmiyyətdə daha çox şok yaradır, nəinki Elnur Aslanbəylinin, Qan Turalının Aqşinin və digər gənc yazarların yazıları.
Problem bundadır, onların susmağındadır problem...
Verilişin aparıcısı İlqar Rəsul
Prodüsser: Gülər Miryəhya