Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

Politoloqdan İlham Əliyevə məsləhət


Rasim Musabəyov
Rasim Musabəyov
«İlham Əliyevə Medvedevi diqqətlə dinləməyi, planları barədə danışmamağı məsləhət görərdim».

Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Medvedevi intizarda saxlamaq daha yaxşı səmərə verər:

«Medvedevi çox diqqətlə dinləməyi məsləhət görərdim. Və yaxud Medvedevi bizim planlarımız barədə narahat qoymaq, intizarda saxlamaq lazımdır».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan deyilən sözlərə deyil, görülən işlərə daha çox diqqət verməlidir:

«Mən də düşünürəm ki, İlham Əliyev Medvedevi diqqətlə dinləməlidir.

Vədə yox, əmələ inanacaqsan. Medvedev deyə bilər ki, Ermənistanla imzalanan hərbi saziş Azərbaycanın əleyhinə deyil.

Elxan Şahinoğlu
Əməldə isə biz bunun fərqini görürük. Deməli, biz Rusiyanın bu əməlini görərərk xarici siyasətdə öz seçimimizi etməliyik».

Rasim Musabəyov onu da bildirib ki, ümumiyyətlə, Rusiyanın son vaxtlar Cənubi Qafqazda nüfuzu olduqca aşağı düşüb. Bu da onu göstərir ki, onların apardıqları siyasət yaramazdır:

«Vaxt var idi ruslar Qafqaz əhalisinin təxminən 15-16 faizini təşkil edirdilər. Ermənilərin də sayı bölgədə qat-qat çox idi. Son iyirmi-otuz ili götürsək ruslar Azərbaycanda 16 faiz idi, Gürcüstanda təxminən 15 faiz idi, Ermənistanda isə 5-6 faiz idi. Bu gün rusların Cənubi Qafqazda 2 faizlik nüfuzu qalıb. Ona görə ki, tarix Rusiyanın, onun əlaltılarını Cənubi Qafqazda nüfuzunun artması istiqamətində yox, əksinə olaraq azalması istiqamətinə gedir.

Bu gün ermənilər Rusiyanın köməkliyi ilə hələlik bizim torpaqlardan çıxmırlar. Ancaq onlar ayaqları ilə buna səs verirlər. Ermənistanda ilin əvvəlindən immiqrasiya yenə də artıb. Əvəlki illərlə müqayisədə 30 min artıq vətəndaş Ermənistanı tərk edib. Bu proses onu göstərir ki, həm Ermənistan rəhbərliyinin, həm Rusiyanın apardığı siyasət yaramazdır və perspektivi yoxdur».

XS
SM
MD
LG