Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

Lukaşenko siyasi porno filmdə


Aleksandr Lukaşenko
Aleksandr Lukaşenko
Kevin O'Flynn

Hündür, Luka adlı bığlı bir kişi kolxoz tarlasında pomidor yığan qadına yaxınlaşır. Düz Belarus prezidenti Aleksandr Lukaşenkoya bənzəyən həmin kişi əvvəlcə məhsuldarlıqdan, keyfiyyətdən danışıb, sonra da başlayır qadını təhrik etməyə:

Luka: Qışda borş bişirməyə hər şeyi hazırlayıbsan?
Qadın: Göyərti, cəfəri, keşniş qurutmuşam...
Luka: Bəs, noxud? Bilirsənmi, noxudu necə edirlər?
Qadın: Yox. Yox.
Luka: Niyə yox? Artıq öyrənməyin vaxtıdır.

Bu, yekunlaşmaqda olan «Batkanın bəxti» adlı kolxozda seksual macəra filmindən bir səhnədir. Bu ilin sonunda internetdə yayılması nəzərdə tutulan filmdə kolxoz sədri obrazı açıq-aşkar Belarus prezidenti Aleksandr Lukaşenkonu canlandırır.

Son aylar Moskva ilə Minsk arasında qazın qiymətinə görə mübahisələr və Rusiyanın Belarusdan süd məhsulları alınmasına qadağa qoyması ilə bu iki ölkənin münasibətləri Sovet İttifaqının dağılmasından bu yana ən pis vəziyyətə düşüb. Rusiya telekanalları Kremlin ən qocaman dostlarından olan Lukaşenkonu kəskin tənqid edən verilişlər yayıb onu korrupsioner qəddar diktator kimi təqdim edib.

İndi isə Lukaşenko əleyhinə təbliğatın fonunda «Batkanın bəxti» filmi meydana çıxır. Bu filmin rejissoru Aleksandr Valov bundan əvvəl də siyasi pornoqrafik film çəkib. O, 2005-ci ildə Kremlin hədəfində olan Gürcüstan prezidenti Mixeil Saakaşvili və Ukraynanın Baş naziri Yuliya Timoşenko obrazını porno filmdə baş rollarda vermişdi.

Amma Valvo bu filmləri Kremlin sifarişi ilə çəkməsi barədə fikirləri rədd edir, bildirir ki, onun yeganə məqsədi həmin filmlərdən pul qazanmaqdır. Amma etiraf edir ki, siyasi fiqurların adlarını bu cür filmlərə gətirmək təkcə maddi maraqla bağlı deyil:

PUTİNİ YATAQDA TƏSƏVVÜR ETMİRƏM

Putini yataqda təsəvvür etmirəm
- Eyni zamanda da mən axmaq deyiləm, bəzi hallarda ölkəmin patriotuyam. Əgər vətənpərvər olmasaydım, mənim ilk filmim Putin və Medvedev haqqında olardı. Mən bizim liderlər haqqında film çəkməli bir şey görmürəm. Mən rejissor kimi əlbəttə, bəzi şeyləri başqa çür görürəm. Amma Putini yataqda təsəvvür etmirəm. Burda böyük romantika yoxdur.

Amma bu filmlər Kremlin rəqiblərinə qarşı seks silahından istifadə edilməsində yenilik deyil. Əvvəllər də hakimiyyətlə yola getməyən bəzi adamların fahişəxanalar və saunalarda çəkilmiş videoları yayılıb.

1999-cu ildə ölkənin o zamankı Baş prokuroru Yuri Skuratova bənzəyən bir kişinin iki fahişə ilə çəkilmiş videosu Rusiya televiziyalarında nümayiş etdirilmişdi. O zaman Skuratov Kremlə qarşı korrupsiya iddiaları qaldırmışdı.

Bu ilin əvvəlində isə bir neçə müxalifət təmsilçisinin fahişə məclisində videosu yayılıb. Amma necə olsa da Valov özünü Rusiyada siyasi pornorqrafiyanın pioneri hesab edir:

- Bu sahədə biz birinciyik. İlk dəfə biz belə film çəkdik, sonra başqaları.

Valov Lukaşenkodan bəhs edən filminin çəkilişlərinə 2006-cı ildən «Yuliya» filmindən dərhal sonra başlayıb. Amma o zaman Moskva ilə Minsk arasında mehribanlıq vardı deyə, bu layihə bəlkə də ciddi siyasi problemlər yaradardı.

Yeni filmdən bəzi hissələr artıq internetdə yayılıb. Rejissor deyir ki, buna görə Belarusun Rusiyadakı səfirliyi onları məhkəmə ilə hədələyib:

FİLM İLK DƏFƏ KİMİN KOMPYUTERİNDƏ TAPILIBSA, ONU İŞDƏN AZAD EDİBLƏR

- Əlbəttə, Belarus səfirliyinin işçiləri də filmdən parçaları kompyuterlərinə köçürüb öz aralarında zarafatlaşırlar. Yəqin bu, onların rəhbərlərinə də çatıb. Bilmirəm, şayiədir, ya doğru, eşitdiyimə görə film ilk dəfə kimin kompyuterində tapılıbsa, onu işdən azad ediblər.

Filmdə Lukaşenkonu çanlandıran aktyor sürücüdür, onu rejissor gecə klublarından birindən tapıb. Amma filmə çəkiləndən az sonra onu işdən azad ediblər. Bundan az sonra isə müəmmalı şəkildə onu təzədən işinə bərpa ediblər.

Valov bildirir ki, Lukaşenkoya bənzər bir adamı filmə çəkmək o qədər çətin bir iş olmayıb:

MOSKVA BAZARLARINDA LUKAŞENKOYA BƏNZƏYƏN O QƏDƏR ADAM TAPA BİLƏRSƏN Kİ…


- Lukaşenkoya bənzəyən birini tapmaq Saakaşvilinin bənzərini tapmaq qədər çətin deyil. Moskva bazarlarında Lukaşenkoya bənzəyən o qədər adam tapa bilərsən ki… Amma Timoşenkoya bənzəyən qadını tapmaq olduqca çətin idi. O, çox gözəl, kübar və seksual qadındır. Amma Lukaşenko, Saakaşvili kimi sifətindən bir damcı intellekt olmayan adamları tapmaq elə də çətin deyil. Elə səhər Moskva metrosuna getsən, orada işə gedənlərin arasında bunlara oxşayan çoxunu tapa bilərsən.

Bu filmin bəxti də Rusiya-Belarus münasibətləri gərginləşəndə açılıb
Bu filmin bəxti də Rusiya-Belarus münasibətləri gərginləşəndə açılıb. Rejissor Valov bildirir ki, həmin vaxt artıq Rusiya televiziyalarında Lukaşenko haqqında tənqidi materiallar gedəndə bunu filmin yekunlaşmasına razılıq mesajı kimi qəbul edib. İndi o, yeni işindən «Yuliya» filmindən də çox qazanmağı düşünür. Buna görə Belarus hökumətindən də qorxmadığını deyir:

- Mən Belarusda deyiləm. Hesab edirsiniz ki, Lukaşenko elə mənə görə Moskvaya gələcək? Eşitmişəm ki, Belarusa getsəm, mənim 10 il həbs cəzası ilə hədələyirlər. Sonuncu dəfə ticarət işləri ilə məşğul olanda – 1970-ci ildə Belarusda olmuşam.

Aleksandr Valov deyir ki, filmin son səhnələri yaxınlarda Polşada, Belarus sərhədinə yaxın ərazilərdə çəkiləcək.

Rejissor Lukaşenkodan sonrakı hədəfini də müəyyən edib. Bildirir ki, növbəti siyasi seks filmi Fransa prezidenti Nikalo Sarkozidən bəhs edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG